"Noyabrdan (ABŞ seçkilərindən) sonra sülh tərəfdarlarının dövrü gələcək və Avropa gələcək haqqında düşünməlidir".
"Unikal" xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban deyib.
O, Ukrayna münaqişəsinin həlli ilə bağlı əsas ümidlərini keçmiş prezident Donald Trampın ABŞ-də keçiriləcək seçkilərdə mümkün qələbəsi və Ağ Evə qayıtması ilə əlaqələndirir.
Orban vurğulayıb ki, bu, Macarıstanın Aİ Şurasında sədrliyinin əsas vəzifələrindən biridir və iyul ayından etibarən Kiyev, Moskva, Pekin, Vaşinqtonda, həmçinin Trampın Floridadakı malikanəsində səfərdə olması onun sülhməramlı missiyasının məqsədləridir.
Eyni zamanda, o, əmindir ki, Co Baydenin başçılıq etdiyi ABŞ-nin hazırkı administrasiyası Ukraynada Rusiyaya qarşı hərbi əməliyyatları dəstəkləmək siyasətini dəyişməyəcəyi üçün ona etibar etmək olmaz. Bunun əksinə olaraq, Macarıstanın baş naziri Trampın sülh tərəfdarı olduğuna inanır və noyabrın 5-də keçiriləcək seçkilərdə qalib gələrsə, dərhal vasitəçilik səylərinə başlayacaq.
Ağarza Elçinoğlu