Demokratlar Partiyasının hər 10 üzvündən 6-sı vitse-prezident Kamala Harrisin prezident olmağa daha çox layiq olduğu fikrindədir.
"Unikal" xəbər verir ki, AP-NORC İctimaiyyətlə Əlaqələr üzrə Araşdırmalar Mərkəzinin sorğusuna əsasən 10 nəfərdən digər 2-si onun bu vəzifəsini icra edə biləcəyinə inanmır, digər 2-si isə fikir bildirməkdə çətinlik çəkib.
İyunun 27-də keçmiş prezident Donald Trampla debat zamanı Baydenin uğursuz çıxışından sonra Demokratlar Partiyasında Kamala Harrisin dəstəkçilərinin sayı artıb. Partiya təmsilçiləri indiki prezidenti seçki mübarizəsindən geri çəkilməyə və Kamala Harrisin namizədliyini irəli sürməyə çağırırlar.
Demokratlar Partiyasının namizədinin adı partiyanın avqustun 19-22-də Çikaqoda keçiriləcək Milli Qurultayında elan olunacaq.