"Avropa ölkələrindən olan bir çox siyasətçilər Avropa Siyasi Birliyinin Britaniyada keçirilən son sammitində özlərini Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçill kimi aparırdıla. Lakin onlar Çörçillin Sovet İttifaqının lideri İosif Stalin ilə dünyada təsir zonalarını necə bölüşdüyünü unudublar.
"Unikal" xəbər verir ki,bBu barədə Serbiya prezidenti Aleksandr Vuçiç "Prva" telekanalında bildirib .
"Siz ciddisiniz? Hamı özünü Çörçill olduğunu düşünür, ancaq o, yeganə idi. Mən onlara 1945-ci ildə Yaltada müttəfiq dövlətlərin konfransını və Çörçilin bütün Avropanın şərqini tərk etdiyi konfransı xatırlatmaq istədim",- o, izah edib.
Vuçiç qeyd edib ki, sammit NATO+ formatında keçirilib, o, Ukraynanın münaqişədə qalib gəlməsi zərurəti ilə bağlı inamın gücləndirilməsinə həsr olunub. Serbiya lideri vurğulayıb ki, ölkəsinin marağı yalnız münaqişəyə son qoymaqdır.
"Makron vəziyyətə layiqli şəkildə baxır, Şolts vəziyyəti başa düşür, lakin digər sual onların nə hiss etməsi və hansı tərəfdə olmasıdır, bu, birmənalı deyil", - Vuçiç bildirib.
Gülayə Mecid