ABŞ-ın Filadelfiya şəhərində atışma olub.

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, hadisə gecə saatlarında 100-dən çox adamın qatıldığı məclisdə baş verib.

Hadisə nəticəsində 3 nəfər ölüb, 6 nəfər yaralanıb.

Filadelfiya polisinin açıqlamasına əsasən, atışmada bir neçə silahlı şəxs iştirak edib.

Hadisə yerinə təcili tibbi yardım briqadaları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.