40 qəpiyə görə gənc oğlanın ölümcül döyüldüyü iddia olunur...
"Unikal" xezerxeber.az-a istinadən xəbər verir ki, Tovuz rayonunun Aşağı Quşçu kənd sakini Rəşd Rəşidov iddia edir ki, oğlu Elşən Quliyev Donar Quşçu kəndinin giriş hissəsində tanımadığı şəxslər tərəfindən döyülüb. Səbəb isə iki nəfər şəxsin boks aparatına atdığı 40 qəpik olub.
Yaxınlıqdakı mağazanın gecə növbəsində işləyən Elşəndən aparatın niyə işləmədiyini soruşublar. Elşən isə mağazada çalışdığını bildirib. Bu zaman şəxslər arasında əlbəyəxa dava başlayıb. Nəticədə Elşən Quliyev xəstəxanalıq olub.
Hadisə anbaan mağazanın təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.