"Show" telekanalında yayımlanan "Kızılcık şerbeti"nə yeni aktyor daxil olacaq.
"Unikal" xəbər verir ki, ekran işində yeni mövsümdən etibarən Fırat Çelik rol alacaq. O, layihədə "Cemal" obrazına həyat verəcək.
Qeyd edək ki, serialın baş rollarını Doğukan Güngörlə Sıla Türkoğlu canlandırır.
Fırat son olaraq "Kudüs Fatihi Selahaddin Eyyubi", "Yalı çapkını" kimi seriallarda rol alıb.