Ermənistanın Azərbaycanla sərhəddə yerləşən Tavuş rayonunun Kirantsın sərhəd kəndində traktor minaya düşüb.

"Unikal" erməni mediasına istinadən xəbər verir ki, traktor sürücüsü yüngül xəsarət alıb.

Sürücünün sözlərinə görə, traktor sərhəddə mühəndis işləri aparılarkən minaya düşüb. Nəticədə texnika tamamilə sıradan çıxıb. 

Minaya düşən sürücü İcevan şəhər xəstəxanasına yerləşdirilib. Həkimlər onun vəziyyətini qənaətbəxş kimi qiymətləndiriblər.