Hazırda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar olaraq DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

"Unikal" xəbər verir ki, bu barədə DİN məlumat yayıb. Bildirilib ki,  eyni zamanda məlumat sürət tablolarında “sürüşkən yol” işarəsi qoyulub.