Bu gün Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan Milli Təhlükəsizlik Şurasının iclasını keçirəcək. 

"Unikal" xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

İclasda Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması məsələsi müzakirə olunacaq: "Bu gün Türkiyə Milli Təhlükəsizlik Şurasının iclası olacaq. Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi görüşün əsas mövzularından biri Azərbaycan və Ermənistan arasında münasibətlərin tənzimlənməsi olacaq. Yunanıstanla münasibətlər, Şərqi Avropa və Yaxın Şərqdəki münaqişə, terrorla mübarizə və Suriya ilə münasibətlərin nizamlanması da müzakirə olunacaq". 

Türkiyə Təhlükəsizlik Şurasının sessiyasında Ankara ilə İrəvan arasında deyil, Bakı ilə İrəvan arasında münasibətlərin tənzimlənməsi müzakirə olunur. Bu bir daha təsdiq edir ki, Türkiyə Ermənistanla münasibətlərin normallaşması üçün şərtlər qoyur.

Ağarza Elçinoğlu