Xəzər rayonu Yeni Qala qəsəbəsi ərazisində 1995-ci il təvəllüdlü Fərrux Babayevin kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya yerləşdirilməsi barədə polisə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətindən hadisə ilə bağlı "Unikal"a bildirilib ki, Xəzər rayonu Yeni Qala qəsəbəsi ərazisində 1995-ci il təvəllüdlü Fərrux Babayevin kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya yerləşdirilməsi barədə polisə məlumat daxil olub.

Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində hadisəni törədən 1987-ci il təvəllüdlü Ehtiram Cavadov saxlanılaraq istintaqa təqdim edilib.

Araşdırmalar davam etdirilir.

*** 21:52

Bakının Xəzər rayonunda dava zamanı 29 yaşlı oğlan ürəyindən bıçaqlanıb.

"Unikal" apa-ya istinadən xəbər verir ki, hadisə Şüvəlan qəsəbəsində qeydə alınıb.

Belə ki, 1995-ci il təvəllüdlü Babayev Fərrux Ayaz oğlu tanımadığı şəxslə dava zamanı ürəyindən bıçaqlanıb.

Yaralı təcili 26 nömrəli Birləşmiş Şəhər Xəstəxanasına çatdırılıb.

Onun vəziyyəti ağır olduğu üçün F. Babayev Sabunçu Tibb Mərkəzinə göndərilib. Tibb Mərkəzinin həkimləri onu təxminən 2 saat müddətində əməliyyat edib.

Bundan sonra F. Babayev reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda onun vəziyyəti orta ağır kimi qiymətləndirilir.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparır.