Gəncədə 49 yaşlı kişi bıçaqlanıb.

"Unikal" xəbər verir ki, hadisə şəhərin 28 May küçəsində qeydə alınıb.

Şəhər sakini 1975-ci il təvəllüdlü Elman Seyidov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Yaralı dərhal əməliyyat edilib, vəziyyətinin orta ağır olduğu bildirilir. İlkin məlumata görə, E.Seyidovu qonşusu bıçaqlayıb.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.