Ukrayna Ali Radasının keçmiş deputatı İrina Farionu güllələyən Vyaçeslav Zinçenko günahsız olduğunu bildirib.
"Unikal" xəbər verir ki, bu barədə Ukraynanın “Strana” nəşri məlumat yayıb.
"Mən Fariona heç nə etməmişəm, həmin şəxs mən deyiləm", - deyə Zinçenko bildirib.
O, əlavə edib ki, Lvova “maraqlı şəhər” olduğu üçün gəlib. Rusiya kəşfiyyat xidmətləri ilə mümkün əlaqələrə dair sualı cavablandırarkən, o, ruslara mənfi münasibət bəslədiyini deyib.