ABŞ-nin keçmiş prezidenti və Respublikaçılar Partiyasından dövlət başçılığına namizəd Donald Tramp Pensilvaniyada yeni seçki marafonu təşkil etməyə hazırlaşır.
"Unikal" xəbər verir ki, bu barədə o, "Truth Social" sosial şəbəkəsində yazıb. Tramp sonuncu dəfə sui-qəsd hücumu ilə üzləşdiyi Batler şəhərində tərəfdarlarını bir daha toplayacağına söz verib.
"Böyük, gözəl bir mitinq üçün Pensilvaniya ştatının Batler şəhərinə qayıdacağam", - deyə Tramp elan edib. Lakin onun iştirakı ilə seçki kampaniyasının bu şəhərdə nə vaxt keçiriləcəyini açıqlamayıb.
Xatırladaq ki, Trampa sui-qəsd cəhdi iyulun 13-də Pensilvaniya ştatının Batler şəhərində keçirilən mitinqdə baş verib.