Mingəçevirdə gənc oğlan nəməlum şəraitdə ciddi bədən xəsarəti alıb.

"Unikal"ın məlumatına görə, hadisə Energetiklər yaşayış massivi ərazisində qeydə alınıb. 1990-cı il təvəllüdlü şəhər sakini Samir Soltanov massivdə kəsilmiş-deşilmiş yara xəsarəti ilə xəstəxanaya çatdırılıb.Durumunun ciddiliyi nəzərə alınan yaralı dərhal əməliyyat olunub.

DİN-in Mətbuat Xidmətinin Şəki Regional Qrupundan "Unikal"a verilən məlumata görə, hadisənin səbəbləri hələki tam məlum deyil və araşdırma aparılır.

Ehtiram Muradov