Belçikada məhkəmə “Vilayət Xorasan” qruplaşması adından terrorçuluq niyyətində şübhəli bilinən üç Çeçenistandan olan immiqrantın həbsinə qərar verib.
"Unikal" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Belçika Federal Prokurorluğunun məlumatına görə, iş üzrə dünən 7 nəfər həbs edilib: "Onların hamısı çeçen əsilli insanlar idi. Onlar federal məhkəmə polisi tərəfindən dindirilib və onlardan altısı hakim qarşısına çıxıb. Onlardan üçü barəsində cinayət işi açılıb".
İstintaqın hazırkı mərhələsində həbs olunanların konkret məqsədi açıqlanmayıb.
Ağarza Elçinoğlu