Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Suriya lideri Bəşər Əsəd arasında on ildən sonra ilk görüş avqust ayında sərhəd-keçid məntəqəsində baş tuta bilər.
"Unikal" xəbər verir ki, bu barədə hökumətə yaxın Türkiyə qəzeti məlumat yayıb.
Qeyd edilir ki, Ərdoğanla Əsəd arasında görüş üçün ilk variant İraq idi, lakin indi Ankara Türkiyə-Suriya sərhədindəki Kəsab Yayladağı keçid məntəqəsində görüş keçirməyi planlaşdırır.
Məlumata görə, proses çox sürətlə gedir.
Ağarza Elçinoğlu