Rusiyanın xarici işlər naziri Sergey Lavrov Kiyevin Moskva ilə danışıqlara hazır olması barədə bəyanatına cavab verib.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Lavrov Rusiya tərəfi ilə danışıqlara hazır olduğunu bəyan edən Ukraynanın xarici işlər naziri Dmitri Kulebanın sözlərinə şübhə edib. Nazir bildirib ki, Kiyev nümayəndələri birbaşa əks fikirlər deyirlər: "Bu yaxınlarda onlar danışıqlardan danışırdılar. Zelenski sonda Rusiya nümayəndələri ilə oturmağa hazır olduğunu qeyd edib. Düzünü desəm, mən onlara qulaq asmıram".
Ağarza Elçinoğlu