Kaliforniyanın bəzi bölgələrində baş verən meşə yanğınları səbəbindən fövqəladə vəziyyət elan edilib.
"Unikal" xəbər verir ki, bu barədə NBC News məlumat yayıb.
Kaliforniya qubernatoru Qavin Nyusom iki meşə yanğınından zərər çəkmiş ərazilərdə fövqəladə vəziyyət elan edib.
Fövqəladə vəziyyət parkda kütləvi yanğının baş verdiyi Butte və Tehama əyalətlərinə, eləcə də Plumas qraflığına şamil edilir.
Ağarza Elçinoğlu