İranın yeni seçilən Prezidenti Məsud Pezeşkianın andiçmə mərasimi sabah iyulun 28-də səhər saat 10-da keçiriləcək.
"Unikal" xəbər verir ki, təntənəli andiçmə mərasimində İranın ali rəhbəri Əli Xamenei, dövlət məmurları, hərbçilər, universitet rektorları, xarici ölkələrin səfirləri də iştirak edəcəklər. Mərasim İran televiziyaları ilə birbaşa yayımlanacaq.
Bir müddət əvvəl andiçmə mərasiminin iyulun 30-da keçiriləcəyi bildirilmişdi.
Qeyd edək ki, İranda növbədənkənar prezident seçkisinin birinci turu iyunun 28-də, ikinci turu isə iyulun 7-də keçirilmişdi.