"Paris Olimpiadasının açılış mərasimi göstərdi ki, Qərbdə ortaq mənəvi zəmin yoxdur".
"Unikal" xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban deyib.
"Qərb düşünür ki, artıq milli dövlətlər yoxdur. Nəticədə ortaq mədəniyyətin və onun üzərində qurulmuş ümumi əxlaqın olduğunu inkar edirlər. Ortaq dəyərlər yoxdur - əgər siz dünən Olimpiya Oyunlarının açılışına baxsanız, bunu görərdiniz", - Orban bildirib.
O, Mərkəzi Avropa ölkələrinin milli dövlətlərin qorunub saxlanmasını müdafiə etdiyini vurğulayıb. Orbanın sözlərinə görə, müəyyən dəyərlər toplusundan bibliya əsasında qurulan ümumi əxlaqi tələblər yaranır.
Ağarza Elçinoğlu