ABŞ-də prezident seçkilərinin nəticəsi amerikalıların işidir, Rusiya bu prosesə qarışmır, həm də gələcəklə bağlı heç bir illüziyası yoxdur.

"Unikal" xəbər verir ki, bunu TASS-ın sualını cavablandıran Rusiya Təhlükəsizlik Şurasının rəhbərinin müavini Dmitri Medvedev deyib.

O, ABŞ-dəkı prezidentlik yarışını şərh edərkən deyib: “Biz, şübhəsiz ki, bu ştatın daxili işlərinə qarışmayacağıq. Kim seçiləcəksə, o da seçiləcək, məsələ seçicilərindir. Baxmayaraq ki, qoca Baydenin intellektual qabiliyyətləri ilə bağlı ilkin məlumatlar çox illüziya yaratmır”.