Ermənistanın hüquq-mühafizə orqanlarının əməkdaşları kriminal avtoritet Rüstəm Stepanyanı saxlayıblar.
"Unikal" erməni mediasına istinadən xəbər verir ki, o, “Faz” ləqəbli Sergey Qriqoryanın qətli ilə bağlı saxlanılıb.
Xatırladaq ki, qətl iyunun 11-də Şinararneri və Estonakan küçələrinin kəsişməsində baş verib. Ertəsi gün İstintaq Komitəsi adam öldürmə maddəsi ilə cinayət işi açıb.