Moskva vilayətində Patriot parkında 3 nəfəri ildırım vurub.
"Unikal" xəbər verir ki, onlardan biri 61 yaşlı qadın, digərləri kişidir.
Hər 3 şəxs parkda gedərkən qəfildən ildırım çaxıb və onlar yerə yıxılıb. Onlardan biri dünyasını dəyişib, digər ikisi xəstəxanaya çatdırılıb.