"Ukraynada Rusiyanın başladığı müharibə bitəcək. Bu proses təbiidir".
"Unikal" xarici mediaya istinadən xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov deyib.
Onun sözlərinə görə, hazırda Ukraynada dövlətin və bütövlükdə bəşəriyyətin tarixi üçün həlledici nəticələr verəcək qlobal məsələlər həll olunur.
“Müharibə mütləq bitəcək, bu təbii prosesdir. Sonra qarşımızda daha az vacib və daha az mürəkkəb olmayan başqa vəzifələr də görünəcək”, - deyə Budanov bildirib.
Baş Kəşfiyyat İdarəsinin rəisi əlavə edib ki, “istənilən irəliləyiş müqavimətlə qarşılaşır” və onun fikrincə, bu normaldır:
“Biz varıq və həmişə də olacağıq. Və biz bütün düşmənlərə qalib gələcəyik. Unutmayın - siz həmişə birinci, bir nömrəli olmalısınız. Heç vaxt “başqasından pis olmamağa” və ya “liderlərlə eyni səviyyədə” olmağa çalışmayın, sadəcə bir nömrəli olmağa çalışın”.
Qeyd edək ki, Kirill Budanov Rusiyanın Ukraynaya qarşı müharibəsinin gedişi ilə bağlı proqnozları ilə tanınır.