“Noyabrın sonuna qədər rəsmi Kiyev sülhə nail olmaq üçün fəaliyyət planı hazırlayacaq”.
"Unikal" xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski Yaponiyanın NHK telekanalına müsahibəsində söyləyib.
Zelenskinin sözlərinə görə, Kiyev ərazi bütövlüyü məsələlərində müvafiq ölkələrlə ətraflı müzakirələrə başlayacaq. Bundan əlavə, noyabrın sonuna kimi sülh fəaliyyət planı yaradılacaq.
Zelenski Rusiyanın Ukrayna ərazilərini işğal altında saxladığı bir vaxtda atəşkəs çağırışlarına cavab verə bilməyəcəyini də vurğulayıb.
Prezidentin sözlərinə görə, müharibənin ədalətli başa çatması səbir, dəstək və diplomatik təzyiq tələb edir.
“ABŞ və Avropa ölkələri birliyi qoruyarsa, bu, təzyiqləri artıracaq və Moskvaya şansının olmadığını göstərəcək”, - deyə Zelenski əlavə edib.