Olimpiada üçün Sena çayını təmizləməyə ayrılan 1,4 milyard avro israf edildi.
"Unikal" xəbər verir ki, bu barədə "Vətənpərvərlər Partiyası"nın lideri Florian Filippo sosial şəbəkə hesabında yazıb.
Qeyd edək ki, Senada suyun çirklənməsi səbəbindən triatlon üzrə üzgüçülük yarışı ləğv edilib. Təşkilat komitəsi, Beynəlxalq Triatlon Federasiyası və yerli hakimiyyət orqanlarının məlumatına görə, suyun çirklənməsinə səbəb yağış olub.
Fransız siyasətçinin sözlərinə görə, Fransanın idman naziri yəqin ki, “yenidən çaya girməli olacaq”.