Venesuela prezidentliyinə namizəd Nikolas Maduronun qərargahı qələbəsini elan edərək, hamını Milli Seçki Şurasının (CNE) rəsmi nəticələrini gözləməyə çağırıb.
"Unikal" xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Maduronun seçki qərargahının rəhbəri, parlamentin spikeri Xorxe Rodriges səsvermədə iştirak etdikləri üçün vətəndaşlara minnətdarlığını bildirib.
“Sizə ürəkdən təşəkkür edirik. Yekun nəticələri açıqlaya bilməsək də, qalibiyyətimizi sizə bildiririk. Bu qələbə bizim hamımızındır və gələcəyimiz üçün əsas olacaqdır. Təbii ki, biz milli seçki şurasının nəticələrini gözləməliyik, çünki biz ölkəmizin qanunlarına və Venesuela Bolivar Respublikasının Konstitusiyasına hörmət edirik”, - Rodriges bildirib.
Qərargah həmçinin seçkilərin “tam sükut və sülh şəraitində” keçirilməsini təmin edən seçki sisteminin “qüsursuz işinə” görə Milli Seçki Şurasına təşəkkür edib.
Məlumata görə, Milli Seçki Şurası Maduronun Venesuelada keçirilən prezident seçkilərində 51,2% səslə qalib gəldiyini açıqlayıb.
Gülayə Mecid