Rusiyalı milyarder Musa Bajayevin oğlu Moskvada polislə davaya görə saxlanılıb.

"Unikal" Rusiya KİV-ə istinadən xəbər verir ki,  20 yaşlı Timur Bajaev “Lujniki” stadionunun ərazisində polislərlə dava edib.

Hadisə nəticəsində o saxlanılıb. Rusiya İstintaq Komitəsində onun barəsində cinayət işi başlanılıb. 

timur Bajaevin atası tikinti, neft və tekstil sənayesi ilə məşğul olan "Alliance Group" konserninin prezidenti və ortaq sahibidir. O, həm də Uzaq Şərqdə və Krasnoyarsk diyarında əlvan metal yataqlarının işlənilməsi ilə məşğul olan “Rusiya Platinum” Şirkətlər Qrupunun direktorlar şurasının sədridir.

Gülayə Mecid