Qubada yol-nəqliyyat hadisəsi baş verib, avtomobillərə ziyan dəyib.

"Unikal"ın Şimal bürosunun məlumatına görə, Quba-Xaçmaz avtomobil yolunun Alekseyevka kəndindən keçən hissəsində "Mercedes" markalı minik avtomobili hərəkətdə olarkən yol kənarında sərnişin düşürən taksi fəaliyyəti göstərən "Vaz-21015" markalı nəqliyyat vastəsinə arxadan çırpılıb.

Hadisə nəticəsində xəsarət alan olmasa da avtomobillərə ziyan dəyib.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

Xanlar Qaraca