Daşkəsəndə baş verən qəzada xəsarət alanların kimliyi məlum olub.

"Unikal" xəbər verir ki, xəsarət alanlar aşağıdakılardır:

1967-ci il təvəllüdlü F.Allahverdiyev

1993-cü il təvəllüdlü S.Məmmədov

1989-cu il təvəllüdlü S.Kazımov

1983-cü il təvəllüldü N.Qurbanov

1985-ci il təvəllüdlü R.Verdiyev

1985-cu il təvəllüldü A.Məmmədov

1974-cü il təvəllüdlü V.Əliyev

1991-ci il təvəllüdlü E.Vəliyev

1987-ci il təvvəllüdlü R.Əhmədov

1980-ci il təvəllüdlü K.Nipalıyeva

1992-ci il təvəllüdlü E.Səddərzadə

1970-ci il təvəllüdlü A.Səfərov

2011-ci il təvəllüdlü X. İsmayılova 

1966-cı il təvəllüdlü T.Pirqurban.

Qeyd edək ki,  "Mercedec Spirnter"də olanlar qızıl mədənin işçiləri olub.

DİN-in Gəncə regional qrupundan bildirilib ki, Daşkəsən rayon Bayan kəndi ərazisində "Mercedes Sprinter" markalı mikroavtobus və "Toyota" markalı avtomobil toqquşub. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

*** 23:11

Daşkəsəndə xəsarətlə nəticələnən yol qəzası olub.

"Unikal"ın məlumatına görə, hadisə Gəncə-Daşkəsən avtomobil yolunun rayonun Bayan kəndindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan "Mercedes Sprinter" markalı mikroavtobusla "Hyundai" markalı minik maşını toqquşub. Qəza zamanı 10-dan çox insan xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Məlumata görə, mikroavtbusda olanlar  qızıl mədəninin işçiləridir. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Qeyd edək ki, "Hyundai" markalı avtomobil Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Daşkəsən rayon bölməsinin rəisi Səbuhi Abdullayevə məxsusdur.

Tural Əhmədov