Ucarda bıçaqlanma hadisəsi baş verib.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan "Unikal"a bildirilib ki, rayonun Qaradağlı kənd sakini, 1998-ci il təvəllüdlü Yasin Nail oğlu Həşimovun kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya daxil olması barədə Ucar Rayon Polis Şöbəsinə məlumat daxil olub. Şöbə əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində hadisəni törədən sonuncunun əmisi, 1960-ci il təvəllüdlü Səməndar Həşimov saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
*** 08:54
Ucar rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb.
"Unikal"ın məlumatına görə, hadisə Qaradağlı kəndində baş verib.
1998-ci il təvəllüdlü rayon sakini Həşimov Yasin Nail oğlu mübahisə zəmnində bıçaqlanıb. Xəstəxanaya çatdırılan yaralı təcili əməliyyat olunaraq reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Ehtiram Muradov