Ucar rayonunda süpürgəçi qadını vuran avtomobil hadisə yerindən qaçıb.
"Unikal"ın məlumatına görə, hadisə rayonun mərkəzində baş verib.
Belə ki, yolu təmizləyən 1961-ci il təvəllüdlü süpürgəçi Abdullayeva Səmiyə Həsən qızını minik maşını vuraraq müxtəlif bədən xəsarətləri yetirib. QƏzadan sonra avtomobil sürücüsü hadisə yerindən qaçıb. Yaralı qadın xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparıllr.
Ehtiram Muradov