Türkiyənin xarici işlər naziri Hakan Fidan bu gen İrana gedəcək.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb.
Nazirlikdən verilən yazılı açıqlamaya görə, Fidan Pezeşkiyanın andiçmə mərasimində iştirak etmək üçün Tehrana səfər edəcək.
Xatırladaq ki, İranda iyulun 5-də keçirilən prezident seçkilərinin ikinci turunda keçmiş səhiyyə naziri Məsud Pezeşkian səslərin 53,7 faizini toplayaraq ölkənin 9-cu prezidenti olub.
Pezeşkiyan üçün bu gün bir çox ölkələrin dövlət başçıları və nazirləri də daxil olmaqla nümayəndələrin iştirakı ilə andiçmə mərasimi keçiriləcək.
Pezeşkiyan daha sonra kabinetini etimad səsverməsi üçün parlamentə təqdim edəcək.
Ağarza Elçinoğlu