İranın yeni seçilmiş prezidenti Məsud Pezeşkian fransalı həmkarı Emmanuel Makronla telefon danışığı aparıb.
"Unikal" xəbər verir ki, bu barədə İran mətbuatı məlumat yayıb.
Telefon danışığı zamanı Pezeşkian İsrailin Livana qarşı müharibəsinin böyük səhv olacağını və ciddi nəticələrə səbəb olacağını deyib.
Pezeşkian Fransa prezidenti ilə söhbətində Qəzza zolağındakı ağır humanitar vəziyyətə də diqqət çəkib.
Tərəflər ikitərəfli münasibətləri də müzakirə ediblər. İran prezidenti Makrona deyib ki, o, Fransa ilə “dürüstlük və qarşılıqlı hörmət” əsasında qurulacaq münasibətləri yaxşılaşdırmağa hazırdır.
Pezeşkian həmçinin İranla nüvə sazişinin bərpasına yönəlmiş danışıqları bərpa etməyə hazır olduğunu bildirib.
Öz növbəsində Makron, iranlı həmkarını Ukraynaya qarşı müharibədə Rusiyaya dəstəyi dayandırmağa çağırıb. Makron həmçinin deyib ki, İran “sabitliyi pozan aktorlara” dəstəyi dayandırmaqla Livan və İsrail arasında gərginliyin qarşısını almaqda rol oynaya bilər.
Ağarza Elçinoğlu