Əfqanıstandakı Taliban administrasiyası əksəriyyəti Avropada olan 14 diplomatik missiya ilə əlaqələri kəsib.
“Unikal” xarici KİV-ə istinadən bildirir ki, Əfqanıstanın müvəqqəti hökuməti əsasən Avropa ölkələrində olan 14 əfqan nümayəndəliyini tanımadığını və orada aparılan diplomatik və konsulluq əməliyyatlarının qəbul edilməyəcəyini açıqlayıb.
Əfqanıstandakı Taliban hökumətinin Xarici İşlər Nazirliyinin ölkə hüdudlarından kənarda yaşayan Əfqanıstan vətəndaşlarına verdiyi açıqlamada, əksəriyyəti Avropada olan 14 Əfqanıstan səfirliyi və konsulluğunun mərkəzi hökumətlə əməkdaşlıq etmədiyi bildirilib. Onların administrasiyasının ölkə hüdudlarından kənarda yaşayan Əfqanıstan vətəndaşlarının işini asanlaşdırdığı və bununla əlaqədar olaraq, xüsusilə Avropa ölkələrindəki əfqan nümayəndələrinə mərkəzi hökumətlə əməkdaşlıq barədə “dəfələrlə” xəbərdarlıq edildiyi vurğulanıb.
Fidan Nuriyeva