Xəzər dənizində təchizat gəmisində baş verən yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Bu barədə "Unikal"a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Xəzər dənizində sahildən təqribən 70 km məsafədə açıq dənizdə təchizat gəmisində yanğın baş verib və həyata keçirilmiş tədbirlər nəticəsində yanan gəmidə olan heyət üzvləri yaxınlıqda olan digər gəmilərə təxliyə olunub.

Əlavə məlumat veriləcək.

***09:41

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Xəzər dənizində sahildən təqribən 70 km məsafədə açıq dənizdə təchizat gəmisində yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.

FHN Mətbuat xidmətindən "Unikal"a verilən məlumata görə, hadisə ilə əlaqədar dərhal aidiyyəti qurumlar məlumatlandırılıb, Nazirliyin müvafiq qüvvələri də cəlb olunmaqla yanğın-xilasetmə əməliyyatına başlanılıb.

Həyata keçirilmiş tədbirlər nəticəsində yanan gəmidə olan heyət üzvləri yaxınlıqda olan digər gəmilərə təxliyə olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

***

Xəbər verdiyimiz kimi, Bakıda gəmidə yanğın baş verib.

"Unikal" xəbər verir ki, yanğın "CASPİAN POWER" gəmisində baş verib.

"CASPİAN CHALLENGER" gəmisi vasitəsilə 40 nəfər təxliyə edilib.

*** 09:15

Bakıda gəmidə yanğın baş verib.

"Unikal"ın məlumatına görə, hadisə "Qərbi Çıraq" platformasının yaxınlığında qeydə alınıb. Yanğın gəminin mühərikindən başlayaraq, qısa müddət ərzində digər hissələrə də yayılıb.

Yanğın zamanı gəmidəki şəxslər təxliyə edilərək təhlükəsizliyə köçürüldü. Təxliyə prosesində digər bir gəmi istifadə edilib.

Yanğının səbəbləri hələlik məlum deyil, lakin müvafiq xidmətlər hadisə yerində təhlükəsizliyi təmin edir və yanğının tamamilə söndürülməsi üçün işlər davam etdirilir. Eyni zamanda, gəmidə baş vermiş ziyan və müvəqqəti təhlükəsizlik tədbirləri ilə bağlı araşdırmalar aparılır.