HƏMAS lideri İsmayıl Haniyənin qətli ilə bağlı İsraildən ilk açıqlama gəlib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, İsrailin ifrat sağçı miras naziri Amihai Eliyahu "X"dakı paylaşımı ilə diqqət çəkib.
"Haniyənin ölümü dünyanı bir az da yaxşılaşdırdı", - deyə nazir qeyd edib.
Bildirək ki, İsrail tərəfi Haniyənin ölümündə əli olmadığını açıqlayıb.