Azərbaycan cüdoçusu Elcan Hacıyev “Paris-2024” Yay Olimpiya Oyunlarında 1/8 final görüşünə çıxıb.

"Unikal" xəbər verir ki, 90 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı bu raundda fransalı Maksim Qael Ambu ilə qarşılaşıb.

Rəqibinə ipponla uduzan E.Hacıyev yarışla vidalaşıb.

***13:21

Cüdoçumuz Elcan Hacıyev Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

"Unikal" xəbər verir ki, 90 kq çəki dərəcəsində mübarizə aparan idmançı 1/16 final mərhələsində Türkiyə təmsilçisi Mixael Zqankla üz-üzə gəlib.

Rəqibinə qalib gələn Hacıyev 1/8 finala yüksəlib.