Meyxanaçı Ələkbər Yasamallının evi qarət olunub.

"Unikal" xəbər verir ki, bu barədə qaynarinfo-ya meyxanaçı özü məlumat verib.

O bildirib ki, evinə gecə saatlarında naməlum şəxslər daxil olub və bütün əşyalarını aparıblar:

“Evimin önü yola açılır. Alverçi olmadığımdan həmin sahə ilə maraqlanmamışam. İndi bir dəstə adam gəlib mənə həmin ərazi üçün külli miqdarda pul təklif edir.

Razı olmadım. Dedim ki, burada bir neçə adamın haqqı var, gedin onlarla razılaşın. Heç kəs razılaşmadı. Gördülər ki, razı olmadıq, zora əl atdılar. Evimi talayıblar, içərisində nə varsa, aparıblar.

Məni hədələyirlər. Onların evimə vurduğu ziyanın çəkilişləri var, hamısını hüquq-mühafizə orqanlarına təqdim etdim”. 

Məsələ ilə barəsində DİN-in Mətbuat Xidmətindən bildirilib ki, vətəndaş Quliyev Ələkbər Akif oğlununun müraciəti ilə bağlı ərazi üzrə müvafiq Polis İdarəsində araşdırma aparılır.

Vətəndaşı narahat edən halların aradan qaldırılması istiqamətində tədbirlərin görülməsi təmin olunacaq.