Şimali Koreyaya təsir edən güclü yağış həyata mənfi təsir göstərib, minlərlə ev su altında qalıb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, sel basmış əraziləri Şimali Koreya lideri Kim Çen Inın bu dəfə şişmə qayıqla ziyarət edib.
Həmçinin, Şimali Koreya lideri fövqəladə toplantı keçirərək zərər çəkmiş bölgələrə yardım göndəriləcəyini bildirib.
Qeyd edək ki, KXDR lideri ötən günlərdə də selin təsir etdiyi bölgələrə avtomobili ilə səfər etmişdi.
Zərifə Nağıyeva