Tarzən Arslan Növrəsli Qarabağ Universitetinə kafedra müdiri təyin olunub.

"Unikal" xəbər verir ki, bu barədə universitet məlumat yayıb.

Bildirilib ki, Qarabağ Universitetinin İncəsənət fakültəsinin İnstrumental ifaçılıq və musiqi müəllimliyi kafedrasına müdir təyin olunan Arslan Növrəsli Azərbaycan Milli Konservatoriyasında (AMK) tar ixtisası üzrə bakalavriat və magistratura səviyyələrində təhsil alıb.