İtaliyalı boksçu Angela Karini Parisdə keçirilən Olimpiadada onunla qarşılaşan Əlcəzair təmsilçisi İman Xelifdən üzr istəyib.
"Unikal" xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.
İtalyalının sözlərinə görə, o, Beynəlxalq Olimpiya Komitəsinin (BOK) əlcəzairliyə yarışmağa icazə verən qərarına hörmət edir: “Əl sıxmaqdan imtina edirsiniz? Mən bunu etmək niyyətində deyildim. Əslində mən ondan və hər kəsdən üzr istəmək istəyirəm. Qəzəbləndim, əgər onunla görüşsəm, mütləq onu qucaqlayacağam”, - Karini bildirib.
Qeyd edək ki, Karini rinqə çıxdıqdan və yarış başladıqdan bir neçə saniyə sonra Olimpiadada Xeliflə döyüşünü davam etdirməkdən imtina edib. İman elan edildikdə, Angela rəqibinin əlini sıxmayaraq diz çöküb və ağlamağa başlayıb.
Xatırladaq ki, 2023-cü ildə Beynəlxalq Boks Assosiasiyası (IBA) uğursuz gender testinə görə Xelifin dünya çempionatında iştirakını dayandırıb. Təhlillər göstərir ki, qadın idmançılarda XY xromosomları və artan testosteron var. Buna baxmayaraq, Beynəlxalq Olimpiya Komitəsi onlara 2024-cü ildə qadınların yarışlarında iştirak etməyə icazə verib.