Ağstafa rayonunda bıçaqlanma hadisəsi baş verib.

"Unikal" xəbər verir ki, hadisə rayonun Poylu kəndində qeydə alınıb.

Belə ki, 2005-ci il təvəllüdlü Huseyn Məmmədov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Xəstə dərhal əməliyyat edilib, onun vəziyyətinin kafi olduğu bildirilir. Məlumata görə, 19 yaşlı gənc tanışı tərəfindən bıçaqlanıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən A. Məmmədovun saxlanılaraq istintaqa təhvil verildiyini bildirib.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov