Azərbaycan üzgüçüsü Məryəm Şeyxəlizadəxangah “Paris-2024” Yay Olimpiya Oyunlarında qüvvəsini sınayıb.
"Unikal" xəbər verir ki, üzgüçü 50 metr məsafəyə sərbəst üsulla üzmə yarışının təsnifat mərhələsində çıxış edib.
Məsafəni 26,76 saniyəyə qət edən idmançı öz qrupunu 3-cü pillədə tamamlayıb. Ümumi sıralamada isə 35-ci olan M.Şeyxəlizadəxangah yarımfinala vəsiqə qazana bilməyib və mübarizəni dayandırıb.