Futbol üzrə Azərbaycan Premyer Liqasında birinci turun növbəti oyunu baş tutub.

"Unikal" xəbər verir ki, günün ikinci qarşılaşmasında “Sumqayıt” “Kəpəz”i (Gəncə) qəbul edib.

Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, turun digər oyunları sabah keçiriləcək.