Amerika Kubokundan sonra baş məşqçisiz qalan Ekvador millisində vakant postun sahibi müəyyənləşib.
"Unikal" xəbər verir ki, sözügedən ölkənin yığmasını 43 yaşlı Sebastyan Bekaçeçe çalışdıracaq.
Ekvador Futbol Federasiyasının məlumatına görə, yığma 2026 Dünya Çempionatında onun rəhbərliyi altında çıxış etməyə qərar verib.
Bekaçeçe əvvəllər "Universidad de Çili", "Defensa i Xustisia", "İndependyente", "Rasinq" və İspaniyanın Elçe" klublarını çalışdırıb.
Millinin sabiq çalışdırıcısı Feliks Sançes Başa gəlincə, o, artıq Qətərdə özünə yeni iş yeri tapıb. Təcrübəlimütəxəssis Xavi Ernandesin keçmiş klubu "Əl-Sədd"i çalışdıracaq.