Azərbaycan boksçusu Alfonso Dominqesin Paris-2024 Yay Olimpiya Oyunlarının finalındakı rəqibi bəlli olub.

"Unikal" xəbər verir ki, 92 kq çəkidə yarışa idmançımızın həlledici döyüşdəki rəqibi Lazizbek Mullojonov olacaq.

Özbəkistanlı boksçu yarımfinalda Davlat Boltayevi (Tacikistan) məğlub edib. Həlledici görüş avqustun 9-da baş tutacaq.

Qeyd edək ki, Dominqes 1/2 finalda Enmanuel Reyes Playa (İspaniya) 4:1 hesabı ilə qalib gəlib.

*** 15:53

Azərbaycanın boksçusu Alfonso Dominqes (92 kq) Paris Olimpiadasında finala yüksəlib.

"Unikal" xəbər verir ki, təmsilçimiz yarımfinalda ispaniyalı Emmanuel Reyes Planı məğlub edib.

Döyüş boksçumuzun üstünlüyü ilə keçib. Hər 3 raundu aktivinə yazan boksçu Fransa paytaxtında ardıcıl 3-cü qələbəsini qazanıb – 4:1 (28:29, 29:28, 29:28, 29:28, 30:27).

Final görüşü avqustun 9-da baş tutacaq.

Qeyd edək ki, Tokio-2020-də bürünc medal qazanan A.Dominqes Azərbaycan tarixinə iki olimpiya medalı qazanan ilk boksçu kimi düşüb.