Münasibətlərdə və iş həyatında dürüstlük mühüm yer tutur. Lakin bəzən insanlar doğruları gizlətməyi seçir.

“Unikal” xəbər verir ki, bədən dili vasitəsi ilə qarşınızdaki şəxsin dürüst olub olmadığını öyrənə bilərsiniz.

Gündəlik həyatda düşündüyümüzdən daha çox yalanlarla üzləşirik, ancaq bu yalanları aşağıdaki 5 hərəkətdən asanlıqla başa düşə bilərsiniz.

1. Ayaqlarını müəyyən vəziyyətdə saxlamaq


Sahəsində 25 ildən artıqdır ki, fəaliyyət göstərən psixoterapevt James Miller insanların danışdıqları yalanla ayaqlarının əlaqəli olduğunu bildirib. Əgər qarşınızdaki şəxsin ayaqları anidən fərqli bir tərəfə baxmağa başlayırsa həmin şəxs sizdən qaçmaq istəyir və bu onun yalan danışdığına işarət edir. 

2. Hərəkətsiz dayana bilməmək


Eyni zamanda Teksasdaki Eddins Counseling Groupda icraçı director olan terapevt Lpc Rachel Eddins bildirir ki, qarşınızdakı şəxs hərəkət etmədən dayana bilmirsə bu onun yalan danışdığına işarədir. 

3. Üzləri, əlləri və saçları ilə oynamaq


35 ildir ki, vəkil olan David Clark bildirir ki, insanların xarici görünüşü ilə əlaqəli hərəkətlətinə diqqət yetirmək lazımdır. Əsasən də saçlarla oynamaq yalan danışmağın əlamətidir. 

4. Göz kontaktı qurmamaq 

 David Clark, “bir insanın dürüst olduğunu yoxlamaq üçün onun gözlərinə diqqət edin əgər o sizinlə danışarkən göz kontaktından qaçırsa deməli o dürüst deyil” ifadələrindən istifadə edib.

5. Ağızlarını gizlətmək

Hüquq eksperti və "Net Lawman" şirkətinin direktoru Endryu Taylorun fikrincə, onların bədənləri büzülmüş dodaqlar vasitəsilə artmış gərginlik göstərə bilər. Yalançı insan tez-tez ağzını bağlayaraq özünü digər insandan fiziki olaraq gizlətməyə çalışacaq.

Fidan Nuriyeva