Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin başçısı Cəfər Hüseynzadə və həyat yoldaşı Brüsseldə soyğunçuluğa məruz qalıblar.
"Unikal" haqqin.az-a istinadən xəbər verir ki, azərbaycanlı diplomat xanımı ilə icarəyə götürdükləri skuterdə olan zaman iki nəfər şəxs revolverin qundağı ilə onların başına vurub.
C.Hüseynzadə və həyat yoldaşından 90 min avro dəyərində iki ədəd "Rolex" saatı oğurlanıb.