“Fort Boyard”ın keçmiş aparıcısı Patris Laffont 84 yaşında vəfat edib.
"Unikal" xəbər verir ki, bu barədə "France Bleu" radiostansiyası məlumat yayıb.
Aparıcının ölüm səbəbi infarkt olub. Həyat yoldaşı təcili yardım çağırsa da, həkimlər "Fort Boyard"ın keçmiş aparıcısını xilas edə bilmədilər.
Laffont 1990-1999-cu illərdə Fransa televiziyasında yayımlanan "Fort Boyard" verilişinin aparıcısı kimi tanınıb. Macəra layihəsi Fransa imperatoru Napoleon Bonapartın dövründə tikilmiş eyniadlı qalanın yerləşdiyi yerlərdə lentə alınıb. Oyunun ilk mövsümünün başlamasından sonra 34 ölkə bu ideyadan ilhamlanaraq proqramın milli versiyalarını hazırlamağa başlayıb.